İstanbul adaya çevriləcək
27 aprel 2011 19:36 (UTC +04:00)

İstanbul adaya çevriləcək

0
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan layihənin adının “Kanal İstanbul” olduğunu bildirib.
Layihəyə görə, İstanbulun qərbində Qara dəniz ilə Mərmərə dənizi arasında yeni bir su kanalı açılacaq və bununla da İstanbul boğazının yükü azalacaq. Bununla da əslində ortaya yeni bir ada çıxacaq. İstanbul boğazı və İstanbul su kanalı arasındakı bu ada Türkiyənin ən böyük və ən çox insanın məskunlaşdığı adası olacaq. Hazırda sahəsi 5 min 700 kvadrat kilometr olan İstanbulun ərazisində yaradılacaq bu adanın sahəsi 2 min kvadrat kilometr olacaq. Bu ərazidə 10 milyon insan yaşayır. Adada İstanbulun 24 rayonu yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 815

Oxşar yazılar