“Taliban” ABŞ-ı şoka saldı
27 aprel 2011 17:38 (UTC +04:00)

“Taliban” ABŞ-ı şoka saldı

0
Bu gün səhər saatlarında Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilotu Kabil hərbi aeroportunda xarici ölkə vətəndaşı olan mütəxəssislərə atəş açıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, 6 nəfər həyatını itirib.

NATO-nun mətbuat xidməti ölənlərin mənsubiyyətini açıqlamaqdan imtina edib, ancaq əfqan mənbələri onların hamısının amerikalı olduğunu bildirir. Xəbər ABŞ-da şok effekti yaradıb. Əfqanıstan Müdafiə Nazirliyi isə atışmanın əfqan pilotla mütəxəssislər arasında başlayan mübahisədən sonra baş verdiyini açıqlayıb. Pilot da atışma zamanı öldürülüb. Əfqanıstan ordusunun 2 əsgəri isə yaralanıb.

“Taliban” Hərəkatının mətbuat katibi Zabiyulla Mucahid isə pilotun cihadçı olduğunu, uzun müddət əvvəl Əfqanıstan ordusuna yerləşdirildiyini söyləyib: “O, “Taliban”ın xüsusi tapşırığını yerinə yetirib və yalnız gülləsi qurtarandan sonra öldürülüb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 624

Oxşar yazılar