NATO-nun Putinə cavabı: “Qəddafi qanuni hədəfdir”
Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu aprelin 26-də Pentaqonda görüş keçirən ABŞ müdafiə naziri Robert Qeyts və Böyük Britaniyanın müdafiə naziri Liam Foks söyləyiblər.
Robert Qeyts bildirib ki, Müəmmər Qədafi koalisiya qüvvələrinin hava hücumuna təhlükə törədən qoşun rəhbərlik edir: “Biz onu xüsusi hədəfə almırıq, ancaq BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq Müəmmər Qdədafini qanuni hədəf sayırıq”.
Qeyd edək ki, Rusiyanın baş naziri Vladimir Putin aprelin 26-da Danimarkanın paytaxtı Kopenhagendə çıxışı zamanı Liviya lideri Müəmmər Qəddafini müdafiə edib. Vladimir Putin deyib ki, dünyanın heç bir ölkəsində Liviya liderinin öldürülməsi barədə sanksiya yoxdur. Baş nazir bəzi ölkələrin rəsmilərinin Müəmmər Qəddafini öldürməyə cəhd göstərdiklərini etiraf etdiklərini xatırladıb: “Bəs sənə bunu etməyə kim icazə verib? İnsanları edam etmək haqqı kimə məxsusdur? Dünya ölkələri mülki şəxsləri müdafiə edərkən beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməlidirlər. Mənim fikrimcə, hazırda sivil cəmiyyətlər bütün gücləri ilə kiçik bir ölkənin infrastrukturunu məhv etməyə çalışırlar”.
Liviyanın neft ehtiyatlarına görə Afrikada birinci, qaz ehtiyatlarına görə dördüncü yerdə olduğunu bildirən Vladimir Putin bəzi ölkələrin bu sərvətləri mənimsəmək üçün aqressiv davrandığını vurğulayıb.

Oxşar yazılar

Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27