Putin: “Qəddafini öldürməyə heç kimin haqqı yoxdur”
27 aprel 2011 09:52 (UTC +04:00)

Putin: “Qəddafini öldürməyə heç kimin haqqı yoxdur”

0
Rusiyanın baş naziri Vladimir Putin aprelin 26-da Danimarkanın paytaxtı Kopenhagendə çıxışı zamanı Liviya lideri Müəmmər Qəddafini müdafiə edib.

Lent.az-ın mignews.com saytına istinadən verdiyi məlumata görə, Vladimir Putin deyib ki, dünyanın heç bir ölkəsində Liviya liderinin öldürülməsi barədə sanksiya yoxdur.

Baş nazir bəzi ölkələrin rəsmilərinin Müəmmər Qəddafini öldürməyə cəhd göstərdiklərini etiraf etdiklərini xatırladıb: “Bəs sənə bunu etməyə kim icazə verib? İnsanları edam etmək haqqı kimə məxsusdur? Dünya ölkələri mülki şəxsləri müdafiə edərkən beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməlidirlər. Mənim fikrimcə, hazırda sivil cəmiyyətlər bütün gücləri ilə kiçik bir ölkənin infrastrukturunu məhv etməyə çalışırlar”.

Liviyanın neft ehtiyatlarına görə Afrikada birinci, qaz ehtiyatlarına görə dördüncü yerdə olduğunu bildirən Vladimir Putin bəzi ölkələrin bu sərvətləri mənimsəmək üçün aqressiv davrandığını vurğulayıb.

Qeyd edək ki, az əvvəl Böyük Britaniyanın müdafiə naziri Liam Foks Müəmmər Qəddafinin hədəfləri olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 785

Oxşar yazılar