Almaniyanın baş naziri türk ola bilər
26 aprel 2011 19:05 (UTC +04:00)

Almaniyanın baş naziri türk ola bilər

0
Lent.az-ın “Journal Frankfurt ” qəzetinə istinadən verdiyi məlumata görə, Daniel Con-Bendit 2013-cü ildə Almaniyada keçiriləcək parlament seçkilərində Yaşıllar Partiyasının həmsədri Cem Özdəmirin baş nazirliyə namizəd olmasını istəyib. Con-Bendit deyib ki, Cem Özdəmir baş nazirliyə layiq namizəddir və müsəlman miqrantları tənqid edən Almaniya Mərkəzi Bankının İdarə Heyətinin sabiq üzvü Tilo Sarrazinə münasibətdə doğru mövqe ortaya qoyub.

AP üzvü qeyd edib ki, ictimai rəy sorğuları Almaniyada xalqın əksəriyyətinin Yaşıllar Partiyasından bir siyasətçinin baş nazir olmasını istədiyini ortaya qoyur. Ancaq o, ictimai rəyin dəyişə biləcəyini də istisna etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 745

Oxşar yazılar