Seksual oyuncağa görə polis qapını sındırdı
26 aprel 2011 23:26 (UTC +04:00)

Seksual oyuncağa görə polis qapını sındırdı

0
Lent.az-ın “7sur7.be”yə istinadla xəbərinə görə, bu dəfə Berlin sakinləri tam başqa məsələyə görə polisi narahat edib. Tək yaşayan 23 yaşlı qadının evində vibrasiya hiss edən qonşular narahat olaraq polisə müraciət edib. Polisin və yanğınsöndürənlərin çağırışına heç bir cavab verilmədiyi üçün polis qapını sındıraraq mənzilə daxil olub. İçəri daxil olarkən qadının seksual aləti (vibromasaj aləti) söndürmədiyi məlum olub.

Polis hadisə yerindən getmək istəyərkən ev sahibəsi gəlib çıxıb və hadisədən şoka düşüb. İndi o, diqqətsizliyin əvəzini yeni qapı qoydurmaqla ödəyəcək.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 728

Oxşar yazılar