Tehrana arzuolunmaz xəbər
26 aprel 2011 14:12 (UTC +04:00)

Tehrana arzuolunmaz xəbər

0
Bəhreyn hakimiyyəti İranın bu ölkədəki səfirliyinin ikinci katibi Xucatallah Rəhmani casusluqda günahlandırıb. Lent.az-ın “BNA” agentliyinə istinadən verdiyi məlumata görə, Xucatallah Rəhmaninin 3 gün ərzində ölkəni tərk etməsi tələb olunub.

Bununla bağlı nota aprelin 25-də axşam İran tərəfinə təqdim olunub. İran isə diplomatına qarşı ittihamı rədd edib. İran Xarici İşlər Nazirliyi Bəhreyni cavab addımları atılacağı ilə hədələyib.

Qeyd edək ki, rəsm Manama Tehranı Livan ekstremistləri ilə birlikdə Bəhreyndə şiə müxalifətinin vasitəsi ilə dövlət çevrilişi hazırlamaqda günahlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 617

Oxşar yazılar