Pakistanda 3 avtobusa hücum: 18 ölü
26 aprel 2011 12:52 (UTC +04:00)

Pakistanda 3 avtobusa hücum: 18 ölü

0
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, aprelin 25-də Sibi şəhərində avtobusa hücum zamanı ən azı 15 nəfər həyatını itirib.

Silahlılar əvvəlcə avtobusu avtomat silahlardan atəşə tutub, sonra isə yandırıblar. Ölənlər arasında qadın və uşaqlar var. Sərnişinlər içərisində sağ qalan olub-olmadığı barədə xəbər verilmir.

Növbəti iki olay bu gün səhər saatlarında Kəraçidə baş verib. Bu dəfə terrorçuların hədəfi hərbçilər olub. Hərbçilərin olduğu birinci avtobus motosikletə yerləşdirilmiş partlayıcı qurğu, ikinci avtobus yola yerləşdirilmiş partlayıcı qurğu vasitəsilə partladılıb. Bu iki partlayış nəticəsində 3 hərbçi ölüb, 30 hərbçi yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə götürən olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar