Venesuela liderindən Bəşər Əsədə dəstək
26 aprel 2011 12:51 (UTC +04:00)

Venesuela liderindən Bəşər Əsədə dəstək

0
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çaves Əsədə göndərdiyi mesajda “Terroristlər Suriyaya sızaraq, şiddət və ölümü yayıb, lakin bu dəfə də araşdırma aparılmadan prezident Bəşər Əsəd günahkar elan edilib” - deyib.

Əsədin Latın Amerikasındakı müttəfiqi olan Çavez beynəlxalq gücləri də xalqı qorumaq bəhanəsi ilə Suriyaya girmək istəyən “imperialist dəlilər” adlandırıb.

Qeyd edək ki, Çavez bundan öncə də Liviya diktatoru Müəmmər Qəddafiyə dəstək vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 556

Oxşar yazılar