İngilislərin Çanaqqalada görünməmiş vəhşiliyi
25 aprel 2011 18:33 (UTC +04:00)

İngilislərin Çanaqqalada görünməmiş vəhşiliyi

0
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Çanaqqala müharibəsinin 96-cı ildönümü münasibətilə Türkiyənin Kayseri şəhərində açılan muzey maraqlı bir tarixi faktı ortaya qoyub.

Belə ki, muzeydə sərgilənən döyüş ləvazimatları arasında ingilislərin türk əsgərlərinə qarşı istifadə etdikləri zəhərli dəniz ulduzları diqqət çəkir. Döyüşlərdə türk ordusunu məğlub etmək üçün hər yolu sınayan ingilislər zəhərli dəniz ulduzlarını türk əsgərlərinin ayağına bataraq onları zəhərləmək, qan itkisindən ölmələri üçün istifadə edib.

Türkiyəli mütəxəssislərin fikirlərinə görə, türk əsgərlərinə qarşı bu cür üsullardan istifadə edən ingilislər bununla çox böyük hərbi cinayətə imza atıblar. Zəhərli dəniz ulduzlarından əsgərlərə qarşı istifadə o dövr üçün bir növ kimyəvi silahdan istifadə sayıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 665

Oxşar yazılar