Qəddafi qovur
25 aprel 2011 17:48 (UTC +04:00)

Qəddafi qovur

0
Toqquşmaların davam etdiyi Liviyada prezident Müəmmər Qəddafiyə bağlı qüvvələr Misratadan ətraf təpələrə çəkilsə də, şəhəri bombalamağa davam edirlər. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, şiddətli toqquşmaların yaşandığı şəhərdə 24 nəfərin öldüyü açıqlanıb.

Tayfa liderləri isə Misratada müxaliflərin 48 saat içərisində tərksilah olmalarını tələb edərək, əks təqdirdə şəhərə silahlı milis göndəriləcəyini bildiriblər. Müəmmər Qəddafiyə sadiq qüvvələrinin Tunis sərhədi yaxınlığındakı yaşayış məskənlərinə hücumları da artır. Yafran şəhərinin Müəmmər Qəddafiyə bağlı qüvvələrin əlinə keçdiyi, müxalifətin ətraf şəhərlərə çəkildiyi bildirilir.

NATO-nun Liviyaya hücumları da davam edir. Tripoli, Sirtə, Qaryan, Əziziyyə və Hiradakı hədəflərin NATO təyyarələri tərəfindən bombalandığı bildirilir. NATO-nun hücumlarında Əfqanıstandakı əməliyyatlarda da istifadə edilən “Predator” tipli pilotsuz təyyarələrdən də istifadə edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 661

Oxşar yazılar