İranın uğursuz təşəbbüsü
25 aprel 2011 16:50 (UTC +04:00)

İranın uğursuz təşəbbüsü

0
İranın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətinin katibi Hüseyn Amidi bildirib ki, bu il mayın 20-də Tehranda bəhs etdiyimiz iclasın keçiriləcəyi planlaşdırılıb.

H.Amidinin sözlərinə görə, İranın bu ölkədəki səfiri Qurban Seyfi ötən Qazaxıstanın iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə agentliyinin başçısı Kayrat Kojamjarovla görüşüb.

“Görüşdə səfir həmin tədbirə qatılması üçün Baş Təftiş İdarəsinin (General Inspection Office of Iran) başçısı Mustafa Purməhəmmədinin rəsmi dəvətini agentliyin başçısına təqdim edib” - deyə, Amidi söyləyib.

“Global62”nin məlumatına əsasən, “Transparency International”ın antikorrupsiya reytinqi cədvəlində İran İslam Respublikası 2009-cu ilin nəticələrinə görə, 168-ci yerdədir. İran rəsmiləri isə bu faktla razılaşmayaraq, bildirir ki, xarici qurumların İranda korrupsiyanın səviyyəsi haqda verdiyi məlumat gerçəkliyi əks etdirmir.

Ümumiyyətlə, özünü islahatçı sayan keçmiş prezident Məhəmməd Xatəminin, ondan əvvəlki hökumət başçısı Haşimi-Rəfsəncaninin prezidentliyi dövründə də korrupsiya İran İslam Respublikası hakimiyyətinin başlıca bəlalarından olub. Zaman ötdükcə bu sosial bəla daha da çiçəklənib.

Ötən ilin sonunda İran məhkəmə sisteminin başçısı ayətula Sadiq Amuli-Laricani Tehran Universitetində çıxışı zamanı bəyan etmişdi ki, məhkəmə hakimiyyəti sosial ədaləti ən “yüksək həddə təmin etmək üçün” korrupsiyaya qarşı sərt mübarizə aparmaq haqda qərar qəbul etmək niyyətindədir.

2010-cu il dekabrın 20-də İranın baş prokuroru, ölkənin Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei bildirmişdi ki, İran prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi “vəzifəsindən su-istifadə etməkdə, dövlət əmlakını mənimsəməkdə, dövlətə maddi ziyan vurmaqda günahlandırılır”.

Möhsüni Ejei demişdi ki, Rəhimi barəsində irəli sürülən ittihamlara cavab verməlidir: “İran Məhkəmə Sistemi hər hansı ayrı-seçkiliyə yol vermədən, başqalarına qarşı olan ittihamları ciddi araşdırdığı kimi rəsmilərə qarşı irəli sürülən ittihamlara da obyektiv baxmaq niyyətindədir”.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdən Azərbaycan və Qazaxıstanda “Mədən sənayesində şəffaflığın təmin edilməsi» kimi qurumlar fəaliyyət göstərir. Belə qeyri-hökumət təşkilatları həm də neftdən gələn gəlirlərin xərclənməsinə ictimai nəzarəti təşkil edirlər. Bu sayaq qurum İranda yoxdur. Ölkə parlamentində də neftdən gələn gəlirlərin xərclənməsi haqda hesabat verilmir. Tehranın bu təşkilatda “korrupsiyaya qarşı mübarizə” adı altında toplantı keçirməyə çalışması həm də İran rəhbərliyinin özünü təbliğata xidmət edir.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar