“WikiLeaks” Bin Ladenin yerini dedi
“WikiLeaks” Quantanamo həbsxanasında indiyə qədər saxlanılan 780 şübhəliylə bağlı kəşfiyyat sənədlərini açıqlayıb. Lent.az-ın Türkiyə mediasına istinadən mlumatına görə, ABŞ-ın Kubadakı qalmaqallı həbsxanasında saxlanılan 700-dən artıq məhkumun 220-sinin “təhlükəli terroristlər” sayıldığı bildirilir. Təxminən 150 nəfər isə heç bir cinayət törətmədiyi halda uzun müddət bu həbsxanada saxlandığı, daha sonra isə buraxıldığı qeyd edilir.
Sənəddə bildirilir ki, bir çox adam uydurma ittihamlarla uzun illər Quantanamoda saxlanılıb, onlar çox ağır şəraitdə və işgəncələr altında yanlış ifadələr verməyə məcbur edilib.
Qeyd edək ki, 2009-cu ildə ortaya çıxan FTB sənədlərində Quantanamo məhkumlarının 18 saat sərt və soyuq döşəmə üzərinə uzandırılaraq, zəncirlərə vurulduğu ortaya çıxmışdı.
Sənəddə göstərilirdi ki, Quantanamoda bir məhbusun Quran oxuduğu üçün başının sellofan torbaya salındığı, bir digərinin həddən artıq isti otaqda saxlanmağın verdiyi əzabdan başındakı tükləri yolduğuna dair faktlar var. Sənəddə, həmçinin, bir qadın türmə nəzarətçisinin məhbusları təhqir edərək, onları cinsi istismara məruz qoyduğu göstərilmişdi.
Saytın yaydığı son xəbərlərdə, həmçinin, 11 sentyabr hadisəsinin təşkilatçısı Əl-Qaidə lideri Bin Ladenin gizləndiyi ölkənin də adı açıqlanıb.
Sənədlərə görə, Usamə Bin Laden hücumlardan 4 gün öncə Qəndaharı ziyarət edib. Bin Ladenin Tora-Bora mağaralarına keçməsinin isə 2001-ci ildə baş tutduğu qeyd edilir.

Oxşar yazılar

Qadın çantasından 200 min dollarlıq lotereya bileti tapdı
9 may 2025 , 17:05
Maşını fanatı olduğu aktrisanın darvazasına çırpdı - Şok faktlar ÜZƏ ÇIXDI
9 may 2025 , 15:45
Pedofil polis HƏBS OLUNDU: 3000-dən çox video yığıb
9 may 2025 , 12:57
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
9 may 2025 , 12:34
Bu ölkədə varlılar üçün vergilər artır
9 may 2025 , 11:51
PKK ləğv olur
9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var
9 may 2025 , 09:28