Tripoli bombalandı, Qəddafi Misrataya hücuma keçdi
0
0
Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, aviazərbələr nəticəsində Liviyada fəaliyyət göstərən 3 dövlət telekanalının yayımı dayanıb. Aviazərbələr nəticəsində 45 nəfər yaralanıb, onların 15-in vəziyyəti ağırdır. NATO qırıcıları Tripolidə Liviya lideri Müəmmər Qəddafinin iqamətgahına da zərbə endirib. Liviya Xarici İşlər Nazirliyi NATO-nun məqsədinin Müəmmər Qəddafini öldürmək olduğunu bəyan edib. Böyük Britaniyanın müdafiə naziri Liam Foks isə Müəmmər Qəddafinin belə hücumlarda legitim hədəf olduğunu bildirib.
Bu arada Müəmmər Qəddafiyə sadiq qüvvələr yenidən Misrata şəhərinə hücuma keçib. Artilleriya atəşi nəticəsində 39 nəfər ölüb, 100 nəfərə yaxın insan yaralanıb. Bundan əvvəl Misrata şəhərindən geri çəkiləcəklərini bəyan edən Liviya ordusunun bu addımı qiyamçılar üçün tələ olub.
ANSA agentliyi isə Qazaxıstanın YUNESKO yanındakı təmsilçiliyinin 48 yaşlı məsləhətçisinin Alitalia şirkətinə məxsus olan və Tripoliyə uçan təyyarənin qaçırmağa cəhd göstərdiyi barədə məlumat yayıb. O, stüardessalardan birini bıçaqla hədələyib, təyyarənin kursunu dəyişərək Tripoliyə uçmamasını istəyib. Qazaxıstanlı zərərsizləşdirilib və Romada İtaliya polisinə təhvil verilib.