Kokain daşıyan təyyarə gölə düşüb
25 aprel 2011 10:42 (UTC +04:00)

Kokain daşıyan təyyarə gölə düşüb

0
Bazar günü səhər saatlarında kiçik həcmli təyyarə ABŞ-ın Nyu-Meksika ştatında gölə düşüb. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, polis leytenantı Erik Qarsiya deyib ki, təyyarədə neçə nəfərin olduğu dəqiq məlum deyil, ancaq onlardan sağ qalanı olmayıb.

Qəzadan sonra gölün üzərində içərisində kokain olan bağlamaların yayılıb. Həmin bağlamalarda kokainin olduğu məlum olandan sonra ərazi polis tərəfindən mühasirəyə alınıb.

İlkin versiyaya görə, təyyarə buludlu hava şəraiti və yağış yağması səbəbindən qəzaya uğrayıb. Polis araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 681

Oxşar yazılar