Latın Amerikasında sel fəlakəti
25 aprel 2011 10:23 (UTC +04:00)

Latın Amerikasında sel fəlakəti

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Kolumbiyanın 32 ştatından 13-ü sel fəlakəti ilə üzləşib.

Evlər, iş yerləri, minlərlə hektar kənd təsərrüfatı torpaqları su altında qalıb, yollar bağlanıb.

Braziliyanın cənubunda da sel ciddi zərərə yol açıb. Çoxlu sayda ev, ferma su altında qalıb, heyvanlar tələf olub. Braziliyada gecə saatlarında baş verən sürüşmə isə insanları yuxuda yaxalayıb. Ən azı 10 nəfər həyatını itirib.

Hər iki ölkədə leysan yağışlar hələ davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar