Obama yenə “soyqırım” demədi
24 aprel 2011 03:30 (UTC +04:00)

Obama yenə “soyqırım” demədi

ABŞ prezidenti Barak Obama ermənilərin 1915-ci il hadisələrinin ildönümü olaraq qəbul etdikləri 24 aprel günü ilə bağlı ənənəvi açıqlamasını bir gün əvvəldən yayımlayıb.
Lent.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, Obama 1915-ci il hadisələrini, ötən il olduğu kimi, yenə “Böyük fəlakət” (Meds Yeghern) adlandırıb.


Açıqlamada “96 il əvvəl 20-ci əsrin ən ağır zülmlərindən biriylə nəticələnən qorxunc olayları ciddiyyətlə xatırlayırıq” ifadəsini işlədən Obama, “Böyük fəlakətin dəhşətini xatırlarkən acı çəkənlərin xatirələrini ehtiramla yad edərkən və Ermənistan xalqı üçün dostluğumuz və dərin hörmətimizin sözünü verərkən, qəlblərimiz və dualarımız hər yerdəki ermənilərlə birlikdədir” - deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 573

Oxşar yazılar