Fransa prezidentinin həyat yoldaşı hamilədir
23 aprel 2011 16:51 (UTC +04:00)

Fransa prezidentinin həyat yoldaşı hamilədir

0
Lent.az-ın məlumatına görə, bu barədə nüfuzlu “Closer” jurnalı prezidentə yaxın mənbələrə istinadən xəbər yayıb.

Yazıda dünyaya gələcək uşağın oğlan və ya qız olacağının bilmək üçün hələ tez olduğu qeyd edilib. Bununla belə, ölkənin birinci xanımının hamilə olduğuna əminlik ifadə edilib. Prezident və xanımı ətrafındakı insanlardan xahiş ediblər ki, bu xəbəri yaymasınlar.

Qeyd edək ki, 2010-cu ilin dekabrında Hindistana rəsmi səfər zamanı Nikolya Sarkozi və Karlo Bruni məşhur Tac Mahal mavzoleyinə baş çəkiblər. Məbədin qulluqçusu jurnalistlərə bildirib ki, Bruni övladının doğulması üçün dua etməsini ondan xahiş edib. İnformasiya təsdiqlənsə, hazırda 43 yaşı olan keçmiş model ikinci dəfə ana olacaq. Sarkozinin üçün isə bu, dördüncü övlad sayılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar