Kamboca və Tailand arasında müharibə yenə alovlandı
0
0
Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, döyüşlərdə artilleriya zərbələrindən istifadə olunur.
Ölən və yaralananlarla bağlı hələ məlumat daxil olmayıb.
Qeyd edək ki, aprelin 22-də qədim Preax Vixear kilsəsindən 200 kilometr uzaqlıqda, iki ölkənin sərhədində silahlı qarşıdurma baş verib. İki ölkə arasında mübahisənin səbəbi məhz bu qədim kilsə ilə bağlıdır. Dünən gün ərzində davam edən qarşıdurmada artilleriya və aviasiya qüvvələrindən istifadə olunub. Nəticədə 3 Kamboca, 1 Tailand əsgəri həyatını itirib, ən azı 10 nəfər yaralanıb.
Kamboca baş verən olayı Tailand tərəfindən geniş miqyaslı təcavüz aktı kimi qiymətləndirib. Kamboca xarici işlər naziri Xor Namxonq BMT Təhlükəsizlik Şurasına müraciət edib. Müraciətdə Tailand ordusunun Kambocanın quru və hava sərhədini kobudluqla pozduğu vurğulanır.