Tripoli yenə bombalandı, Çin narazıdır
23 aprel 2011 10:30 (UTC +04:00)

Tripoli yenə bombalandı, Çin narazıdır

0
Bu gün səhər saatlarında NATO qırıcı təyyarələri Liviyanın paytaxtı Tripoliyə növbəti zərbə endiriblər. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, zərbə Liviya lideri Müəmmər Qəddafinin evi yaxınlığındakı avtomobil dayanacağına endirilib, 3 mülki şəxs həyatını itirib.

Çin isə Liviyaya İngiltərə və Fransanın hərbi mütəxəssislər göndərməsi planına qarşı çıxıb. Çin Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Pekin BMT Təhlükəsizlik Şurasının qətnaməsindən kənara çıxan istənilən addıma qarşıdır və müvafiq tərəflər qətnamənin tələblərinə ciddi riayət etməlidirlər.

Bu arada Livya xarici işlər nazirinin müavini Xaled Kaim deyib ki, Liviya ordusu NATO təyyarələrinin hava zərbələri ilə bağlı Misrata şəhərinin mühasirəsini dayandıra və qiyamçılarla mübarizəni yerli tayfalara həvalə edə bilər.

Belə bir vaxtda isə Fransa prezidenti Nikolya Sarkozinin Liviyada qiyamçıların əsas qalası sayılan Benqaziyə səfər etmək niyyətində olduğu üzə çıxıb. “Guardian” qəzeti yazıb ki, Nikolya Sarkozi qiyamçıların qurduqları Milli keçid Şurasının təmsilçiləri ilə bu səfəri razılaşdırıb. Səfərin vaxtı açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 586

Oxşar yazılar