Ana və 4 övladı qətlə yetirilib - FOTO
22 aprel 2011 18:44 (UTC +04:00)

Ana və 4 övladı qətlə yetirilib - FOTO

Fransanın Nantes şəhərində polis Ligonnes ailəsinin kirayə qaldığı evin bağçasında axtarış aparıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, bağçada 48 yaşlı ana və yaşları 13-20 yaş arasında dəyişən 4 uşağın cəsədi aşkarlanıb.


Ana və uşaqlar tapança ilə öldürüldükdən sonra bağçada basdırılıblar. Polis ana və uşaqların bir şirkətdə menecer vəzifəsində çalışan 50 yaşlı ata Xavier Dupont de Ligonnes tərəfindən öldürüldüyü qənaətindədir. Aprelin 14-dən polis tərəfindən axtarılan atadan hələ bir xəbər yoxdur. Məhəllədəki qonşular Xavier Dupont de Ligonnesi sonuncu dəfə avtomobilinin yük yerinə böyük kisələr qoyan zaman görüblər.


Polisin cinayətin planlı şəkildə həyata keçirildiyinə əmindir. Çünki ailənin yaşadığı evin kirayə müqaviləsi ləğv edilib, o cümlədən uşaqların adından onların oxuduqları məktəblərə və dostlarına Avstraliyaya gedəcəkləri ilə bağlı məktub göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631

Oxşar yazılar