Suriyada qanlı cümə
22 aprel 2011 18:12 (UTC +04:00)

Suriyada qanlı cümə

0
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, şahidlər təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşqin tarixi Meydan məhəlləsinə toplaşan 2 min nəfərdən çox aksiya iştirakçısına gözyaşardıcı qazla müdaxilə etdiyini bildiriblər. Aksiyaçılar dağılsalar da, qısa müddət sonra yenidən toplanmağa başlayıblar. Aksiyada Xalq Bəşər Əsəd rejiminin devrilməsini istəyir! şüarı səsləndirilib.

Hama şəhərində isə təhlükəsizlik qüvvələri aksiyaçılara odlu silahdan atəş açıb. Ən azı 2 nəfər həyatını itirib. Digər şəhərlərdən də ölüm xəbərləri gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 599

Oxşar yazılar