Ceksonun son görüntüsü – FOTO
0
0
Məşhur pop kralı Maykl Ceksonun ölümqabağı huşunu itirərkən çəkilmiş fotoşəkli məhkəmədə müğənninin şəxsi həkimi Konrad Myurreyə qarşı sübut kimi istifadə edilməsinə icazə verilib. Lent.az-ın “CNN”ə istinadən verdiyi məlumata görə, Konrad Myurrey düzgün müalicə aparmayaraq düşünülməmiş şəkildə pop kralını öldürməkdə günahlandırılır.
Prokuror deyib ki, Konrad Myurrey propofil dərmanı yazıb və bu, dərman qəbulunun vərdişə çevrilməsinə yol açıb. Müğənninin qanında da yüksək dozada aşkarlanıb.
Xatırladaq ki, 2009-cu il iyunun 25-də Maykl Cekson gözlənilmədən pisləşib və huşunu itirib. 3 dəqiqə sonra ora gələn həkimlər bir neçə saat ürək masajı edib onu həyata qaytarmağa çalışsalar da, cəhdləri nəticə verməyib. Təcili yardım xidmətinə çox gec zəng vurulub. Məhkəmə hesab edir ki, şəxsi həkimlər Maykl Ceksonu xilas etməyə çalışsalar da, yalnız vəziyyəti pisləşdiriblər.