AEBA-dan “Metsamor”a sanksiyalar tətbiq etməsi tələb olundu
0
0
Bu barədə Lent.az-a təşkilatın rəhbəri Elçin Kərimov məlumat verib.
Bəyanatda qeyd olunub ki, erməni dilində əsl adı “Oktemberyan-1” olan “Metsamor” AES hazırda dünyada olan ən köhnə rus AES texnologiyası ilə tikilib. İki ayrı blok olaraq tikilən stansiya “Metsamor-1” və “Metsamor-2” modullarından ibarətdir. Modullar 1976 və 1979-cu illərdə ardıcıllıqla istifadəyə verilib. Köhnə texnologiya ilə tikildiyi üçün dünyanın artıq imtina etdiyi bu modullar “Metsamor” AES-də hələ da istifadə edilir. Bu modullar baş verə biləcək qəzalara qarşı son dərəcədə zəif və müdafiəsizdir.
RST-nin məlumatına əsasən, SSRİ dövründə tikilən AES-lərdə VVER, PBMK, EGP və BN olmaq üzrə dörd moduldan isifadə edilib. Təxminən 40 illik təcrübə nəticəsində VVER reaktorlarının çox etibarsız olduğu müəyyən edilib. O dövrdə ən çox qəzalar da məhz VVER reaktoru ilə çalışan stansiyalarda baş verib. Məhz Ermənistandakı “Metsamor” AES də VVER modeli ilə çalışır. Stansiyasının ilk modulu VVER-440/230 modelidir. Ən köhnə, təhlükəsizlik sistemi yox dərəcəsində olan bu modeldən istifadə edilməsi, “Metsamor” AES-in “Çernobil” AES-dən də riskli olduğunu sübut edir. Bu modeldə radioaktiv maddə sızıntısının qarşısını alacaq polad qübbə yoxdur. Bununla yanaşı, stansiyanın müasir təhlükəsizlik və texniki təchizatının olmaması, reaktorun soyudulması üçün istifadə edilən suyun qeyri-kafiliyi və soyutma sisteminin köhnəlmiş olan layihəyə əsasən tikilməsi də bölgənin ekoloji vəziyyəti üçün ciddi təhlükələr meydana gətirir. “Metsamor” AES-in ikinci modulu VVER-440/270 modelinə əsasən tikilib. Bu model nüvə fəlakətlərinin qarşısını ala biləcək texniki təchizatdan və təhlükəsizlik sistemindən məhrumdur. Bu model də Qərb standartlarına qəti surətdə cavab vermir.
Beynəlxalq standartlara görə, 5 baldan çox zəlzələ ehtimalı olan seysmoaktiv ərzilərdə AES tikilməsi qadağan olduğu halda, “Metsamor” AES-in ərazisi Rixter şkalasına görə 9 bal gücündəki seysmoaktiv zəlzələ zonasında yerləşir. Məhz seysmoaktiv zonada yerləşdiyi üçün “Metsamor” AES-in fəaliyyəti dövründə 5 böyük və 150-dən çox da kiçik qaza baş verib. 1988-ci ildə isə Ermənistan ərazisi olan Spitakda baş verən və 25 min adamın ölümünə səbəb olan zəlzələ zamanı stansiyada baş verən qəza nəticəsində keçmiş SSRİ rəhbərliyinin qərarı ilə “Metsamor” AES-in fəaliyyəti dərhal dayandırıldı. Generatorun partlaması və dərhal sonra əlaqə kabellərinin yanması nəticəsində baş verən qəzada stansiyanın olan-qalan müdafiə sistemi də məhv olub. Qafqaz və digər qonşu dövlətlərin üçün daşıdığı bütün riskləri nəzərə almadan Ermənistan 1995-ci ildə yenidən “Metsamor” AES-in fəaliyyətini bərpa edib.
RST ekspertlərin fikrincə, “Metsamor” AES-dəki indiki sızmalar o zaman baş verən zəlzələnin nəticəsidir. Hazırda stansiyada baş verən sızıntılarla yanaşı, qazanların soyudulması məqsədilə istifadə olunan sulara radiasiyalı məhlullar da qarışır. Bu kimyəvi məhsullar yeraltı sulara qarışdığından bunun acı nəticələri Azərbaycanda və Türkiyədə müşahidə olunmaqdadır. Araz çayı boyunca yerləşən ərazilərdə müşahidə olunan radiaktiv kirlənmənin səbəbi məhz Ermənistanın “Metsamor” AES-indən sızan radiaktiv maddələr və qrunt suları ilə çaya tökülən radiaktiv məhlullardır. Nəticədə sözügedən bölgədə yaşayan insanlarda xərçəng xəstəliyinin yaranmasına, doğulan uşaqların şikəst dünyaya gəlməsinə səbəb olur.
Məhz AEBA-nın apardığı araşdırmalara görə, “Metsamor” AES dünyanın ən təhlükəli stansiyasıdır. Təhlükəsizlik sistemi qurulmayan stansiyada bununla yanaşı, atom təbəqəsini örtməsi zəruri olan ən az iki metr qalınlığındakı polad təbəqə də yoxdur. Bundan başqa stansiyanın hazırlanması və istifadəsilə bağlı təxminən 100 problem aşkar olunub. Bunlardan 60-ı dərhal tədbir görülməsi zəruri olan təhlükəsizlik problemləridir.
RST hesab edir ki, seysmoaktiv zonada yerləşən və qəzalı vəziyyətdə olan “Metsamor” AES Qafqaz ölkələri ilə yanaşı Azərbaycanla energetika sahəsində əməkdaşlıq edən və beynəlxalq layihələr həyata keçirən Qərb və Avropa ölkələri üçün də ciddi təhlükə mənbəyidir. Bütün bunları nəzərə alaraq, RST AEBA-dan Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES-in fəaliyyətinin dayandırılması barədə təcili olaraq sanksiyalar tətbiq etməsini tələb edir.