Məşhur proqramçının oğurlanan oğlunu azad etdilər
22 aprel 2011 13:48 (UTC +04:00)

Məşhur proqramçının oğurlanan oğlunu azad etdilər

0
“Kasperski” antivirus proqramının yaradıcısı Yevgeniy Kasperskinin 20 yaşlı oğlu İvan girovluqdan azad edilib. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, Yevgeniy Kasperskinin axtarışı ilə məşğul olan hüquq-mühafizə orqanlarındakı mənbə bu barədə məlumat verib.

İvanın azadlığa çıxması üçün onu oğurlayanlara pul ödənilib. Mənbə pulun miqdarını açıqlamayıb. Hələ İvanın tapılması barədə rəsmi məlumat da verilməyib. Yevgeniy Kasperskinin şirkətindən isə bildirilib ki, İvanla bağlı olaya şərh verilməsinə qadağa qoyulub.

Qeyd edək ki, oğurluqdan dərhal sonra cinayətkarlar Yevgeniy Kasperskini telefonla arayıb və oğlunun azad edilməsi üçün 3 milyon avro tələb ediblər. Riyaziyyat və kibernetika fakültəsində dördüncü kursda oxuyan, diplom işi üzərində çalışan İvan həm də Moskvadakı şirkətlərdən birində işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 747

Oxşar yazılar