Qəddafinin köməyinə etibarlı müttəfiqi çatdı
22 aprel 2011 10:39 (UTC +04:00)

Qəddafinin köməyinə etibarlı müttəfiqi çatdı

0
Liviyada başlayan qum fırtınası ötən həftə NATO qırıcı təyyarələrinin uçuşlar həyata keçirməsini faktiki mümkünsüz edib. Lent.az-ın “mignews. com” saytına istinadən verdiyi məlumata görə, Müəmmər Qəddafiyə sadiq qüvvələr yaranmış vəziyyətdən istifadə edərək qiyamçıların ən güclü qalası sayılan Benqazi şəhərinin qapısı hesab olunan Acabiyaya hücuma keçib.


Müəmmər Qəddafinin tankları qum fırtınası altında hücuma keçir, Acabiya şəhərinin mülki əhalisi qaçır. Əgər qum fırtınası davam edərsə, Liviya hökumət qüvvələrinin Benqaziyə qədər irəliləməsinin qarşısını heç nə ala bilməyəcək. Pessimizmə qapılan qiyamçılar isə artıq yaranmış vəziyyətdə Qərbdən quru qoşunları ilə yardım etməyi xahiş etməyə başlayıblar. Müəmmər Qəddafi Benqaziyə muxtariyyət statusu verərsə, atəşin dayandırılması da qiyamçıların rəhbərliyinin müzakirə etməyə hazır olduğu variantlardan biridir.


Bu arada vəziyyəti ağırlaşan Liviya qiyamçılarına yardım məqsədi ilə ABŞ bu ölkəyə 2 pilotsuz təyyarə göndərmək barədə qərar verib. “Predator” uçuş aparatları “Hellfire” raketlərini daşımağa qadirdir. Pilotsuz təyyarələrdən Müəmmər Qqəddafi qüvvələrinə dəqiq zərbələrin endirilməsi üçün istifadə olunacaq.


Liviyanın Tunislə sərhəddəki Navus dağlıq ərazisində yaşayan 100 minə yaxın insan isə artıq aclıq təhlükəsi ilə üzləşib. Bu ərazi Müəmmər Qəddafi qüvvələrinin mühasirəsindədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 500

Oxşar yazılar