Dünyanın ən nüfuzlu şəxslərinin siyahısı açıqlandı
0
0
Lent.az-ın verdiyi məlumata görə, Misir inqilabının koordinatoru Vael Qonimin də daxil olduğu siyahı “Time” jurnalının saytında yerləşdirilib.
Reytinq cədvəlində ABŞ prezidenti Barak Obama, xanımı Mişel Obama, ABŞ dövlət katibi Hillari Klinton, teleaparıcı Opra Uinfri və müğənni Castin Biberin adları var.
“Time” jurnalına görə, hazırda dünyanın ən nüfuzlu siyasətçiləri Almaniya baş naziri Angela Merkel, Fransa prezidenti Nikolya Sarkozi, Böyük Britaniyanın baş naziri Devid Kemerondur. Siyahıda Rusiya prezidenti Dmitri Medvedev və bu ölkənin baş naziri Vladimir Putinin adları yoxdur.
Jurnalın 100 nəfərlik siyahısına “Böyük dəbilqə” turnirinin son iki turunun qalibi olmuş Kim Kleystresin də adı düşüb. Nüfuzlu idmançı argentinalı Lionel Messi, nüfuzlu müğənni isə Stinq olub.
“Time”nin 8-ci dəfə tərtib etdiyi siyahıda “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Tsukerberq və “WikiLeaks” saytının qurucusu Culian Assancın da adları yer alıb.