Məşhur proqramçının oğlunu oğurlayıblar! - FOTO
21 aprel 2011 16:23 (UTC +04:00)

Məşhur proqramçının oğlunu oğurlayıblar! - FOTO

Aprelin 19-da səhər saatlarında Moskvada “Kasperski” adlı məşhur antivirus proqramının yaradıcısı olan Yevgeniy Kasperskinin 20 yaşlı oğlu İvan işə gedərkən oğurlanıb. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, oğurluqdan dərhal sonra cinayətkarlar Yevgeniy Kasperskini telefonla arayıb və oğlunun azad edilməsi üçün 3 milyon avro tələb ediblər.

İvanın saxlanıldığı yer məlum deyil. Riyaziyyat və kibernetika fakültəsində dördüncü kursda oxuyan, diplom işi üzərində çalışan İvan həm də Moskvadakı şirkətlərdən birində işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502

Oxşar yazılar