Saleh getmir
0
0
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, 1978-ci ildən prezident postunu tutan Əli Abdulla Saleh müxalifəti onun əleyhinə təxribatlar hazırlamaqda və çevrilişə hazırlamaqda günahlandırıb. Yəmən prezidenti müxalifəti seçkilərə qatılmağa çağırıb: “Hakimiyyət, yaxud vəzifə istəyən seçkiyə getməlidir. Dəyişiklik, yaxud vəzifədən getmək Konstitusiya çərçivəsində, seçki yolu ilə olacaq”.
Qeyd edək ki, Əli Abdulla Saleh prezident səlahiyyəti müddətinin başa çatacağı 2013-cü ildə bir daha bu posta namizəd olmayacağını bəyan etsə də, Yəməndə aylardır, davam edən aksiyalarda onun dərhal istefa verməsi tələb olunur. Aksiyaçılarla hüquq-mühafizə orqanlarının son qarşıdurmasında 4 nəfər həyatını itirib.
Bu arada Almaniyanın təşəbbüsü ilə Yəmənlə bağlı toplanan BMT Təhlükəsizlik Şurasının iclası nəticəsiz başa çatıb. Rusiya və İran Yəmən hökumətinə sərt mesaj verilməsinin əleyhinə çıxıb.