Dünyanın ən balaca atı – FOTO
0
0
Lent.az-ın “7sur7.be” saytına istinadla xəbərinə görə, amerikan mediası növbəti “balaca poni” haqqında söz açıb. Birləşmiş Ştatlarda Çarli və Reşel Sentral cütlüyünə aid olan “Yeni Xempşir” fermasında yaşayan bu miniatür at itlərdən, dovşanlardan, eləcə də tısbağalardan çox da fərqlənmir. “Arvadımın və mənim atlara böyük sevgimiz var” deyə atın sahibi açıqlama verib: “Əsası isə Enşteynin belə balaca olması onun sevilməsi üçün heç bir problem yaratmır. O uşaqları çox sevir, uşaqlar da onu”.
Heç 30 sm hündürlükdə olmayan Enşteyn həyat tərzinə görə digər normal boylu atlardan heç də fərqlənmir.
4 yaşı tamam olanda isə balaca atın adı Ginnesin Rekordlar Kitabına salınacaq.
Vüqar
Heç 30 sm hündürlükdə olmayan Enşteyn həyat tərzinə görə digər normal boylu atlardan heç də fərqlənmir.
4 yaşı tamam olanda isə balaca atın adı Ginnesin Rekordlar Kitabına salınacaq.
Vüqar
0
0