NATO Tripolini bombaladı
21 aprel 2011 09:51 (UTC +04:00)

NATO Tripolini bombaladı

0
Bu gecə NATO qırıcı təyyarələri Liviyanın paytaxtı Tripoliyə hava zərbəsi endirib.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Liviya Dövlət Televiziyası 7 nəfərin öldüyü, 18 nəfərin yaralandığı barədə məlumat yayıb.

NATO komandanlığı hələ bu məlumata şərh verməyib.

Qiyamçıların əlində olan Misrata şəhərində isə atəş altına düşən iki xarici ölkə vətəndaşı olan jurnalistin həyatını itirib. Böyük Britaniya jurnalisti Tim Xetterinqton hadisə yerində, ABŞ vətəndaşı olan Kris Xondros isə yaralı vəziyyətdə aparıldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, 41 yaşlı Kris Xondros Kosova, İraq və Əfqanıstanda çalışıb. Onun fotoşəkilləri dünyanın məşhur qəzet və jurnallarında yer alıb. O, fotojurnalistika sahəsində çoxlu sayda mükafatlara layiq görülüb.

Tim Xetternqton də məşhur fotojurnalistdir və çoxlu sayda mükafatların sahibidir. O, ölümündən əvvəl sosial şəbəkədəki səhifəsində yazıb ki, Misrata şəhərindədirlər və bu şəhərdə NATO-nun izləri yoxdur, Liviya lideri Müəmmər Qəddafiyə bağlı qüvvələr şəhəri mühasirədə və atəş altında saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 631

Oxşar yazılar