60 ildir, kral olmağı gözləyən şahzadə
20 aprel 2011 20:19 (UTC +04:00)

60 ildir, kral olmağı gözləyən şahzadə

0
Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, “Clarence House”nin bu gün yaydığı rəsmi açıqlamada şahzadə Çarlzın kral taxtını ən uzun müddət gözləyən varis olduğu qeyd edilib. Şahzadə Çarlzın anası II Yelizaveta 1952-ci il fevralın 6-da, Çarlz 6 yaşında olan zaman taxta çıxıb. 84 yaşlı kraliça 4 il də taxtda qalarsa, ölkədə ən çox bu vəzifədə olmuş monarx olacaq. Hazırda kraliça Viktoriya 63 illik rekordla birinci yerdədir.

Buna qədər kral taxtına çıxacağı günü ən çox gözləməklə bağlı rekord şahzadə Çarlzın ulu babası Kral VII Edvarda aid olub. O, 59 il 2 ay 13 gün taxta çıxmaq üçün gözləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 892

Oxşar yazılar