Əsəd günahkarı müəyyənləşdirdi
0
0
Suriya Daxili İşlər Nazirliyi ölkədə baş verən olaylarla bağlı bəyanat yayıb. Lent.az-ın SANA agentliyinə istinadən verdiyi məlumata görə, bəyanatda qeyd olunur ki, ölkənin bir neçə əyalətində silahlı qiyamı cihadçı radikal sələfi qruplaşmaları təşkil edib.
Silahlı qiyam nəticəsində onlarla polis, əsər və mülki vətəndaş həyatını itirib. Suriya Daxili İşlər Nazirliyi bəyan edib ki, qiyamçıların məqsədi Suriyada xaos yaratmaq, xalqı qorxutmaqdır: “Qiyamçılar prezident Bəşər Əsəd və yeni hökumətin elan etdiyi islahat və azadlıqlardan sui-istifadə etməyə çalışıblar. Hökumət qiyamçılara qarşı rəhmli olmayacaq və ən sərt tədbirlər görəcək”.