Misir yenə qarışdı
20 aprel 2011 14:06 (UTC +04:00)

Misir yenə qarışdı

0
Lent.az-ın mignews.com saytına istinadən verdiyi məlumata görə, cümə günündən başlayaraq, şəhərin müsəlman əhalisi oturaq aksiyalar keçirir. Sərnişinlər vaqonları və avtobusları tərk etməkdən imtina edirlər. Dəmir yolları və magistrallarda da oturaq aksiyalar keçirilir. Kena şəhərində anadan olmuş Misirin yeni daxili işlər naziri Mansur əl-Eysaavinin vasitəçilik cəhdi də nəticəsiz qalıb. Kena şəhər məscidinin imamı Şeyx Kureşi Salam deyib ki, vilayət xristianların təcrübə laboratoriyasına çevrilməməlidir: “Biz xristianların dəniz donuzları olmaq istəmirik”.


Kena şəhərində keçirilən aksiyaya Misirin böyük siyasi qüvvələrindən olan Müsəlman Qardaşları Hərəkatı da münasibət bildirib. Müsəlman Qardaşları Hərəkatının lideri Saad əl-Hüsseyni bildirib ki, Misirin cənubunda tezliklə müsəlman dövlət qurulmalıdır: “Biz artıq gecələr sakit yata bilmirik. Gözəl islam dininin çiçəklənməsinə imkan verin!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 651

Oxşar yazılar