Rusiya yenə yanmağa başladı
20 aprel 2011 13:24 (UTC +04:00)

Rusiya yenə yanmağa başladı

0
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Uzaq Şərqdə ötən gün sahəsi 600 hektarı əhatə edən 31 təbii yanğın ocağı aşkarlanıb. Primore və Yevreysk muxtar vilayətlərindəki 28 yanğın ocağı söndürülsə də, Amur vilayətindəki 3 yanğın ocağını hələ söndürmək mümkün olmayıb. Yanğınların söndürülməsinə 200 nəfər və 40 ədəd texnika cəlb olunub. Yanğından mühafizə üçün Primorsk vilayətinin 18 yaşayış qəsəbəsində, Amur vilayətinin 12 rayon və şəhərində, Yevreysk muxtar vilayətinin 2 rayonunda qabaqlayıcı tədbirlər görülür.

Kosmik müşahidələr zamanı Uzaq Şərq ərazisində böyük sahələrdə qurumuş ot sahələri aşkarlanıb. Məhz belə sahələr meşə yanğınlarına səbəb olur və nəzarətdən çıxır.

Qeyd edək ki, keçən il də Rusiyanı meşə yanğınları bürümüşdü. Mütəxəssislər yaya doğru yanğınların artacağını proqnozlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar