London Pərviz Müşərrəfi Pakistana vermədi
20 aprel 2011 13:10 (UTC +04:00)

London Pərviz Müşərrəfi Pakistana vermədi

0
Lent.az-ın Pakistanın “DawnNews” telekanalına istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bunu iki ölkə arasında məhbusların mübadiləsi barədə sazişin imzalanmaması ilə əsaslandırıb.

Qeyd edək ki, bundan əvvəl İslamabada səfəri zamanı Böyük Britaniyanın baş naziri Devid Kameron bəyan etmişdi ki, müvafiq saziş olmasa da, London istənilən halda bu məsələyə baxacaq.

Pakistanda yerli məhkəmə keçmiş baş nazir Bənəzir Bhuttonun ölümündə günahlandırılan Pərviz Müşərrəfin həbsi ilə bağlı bu il fevralın 12-də order verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 538

Oxşar yazılar