İşğal edilmiş ərazilərimizdə yeni təlimlər başlayıb
20 aprel 2011 10:56 (UTC +04:00)

İşğal edilmiş ərazilərimizdə yeni təlimlər başlayıb

0
APA-nın Qarabağ bürosunun xəbərinə görə, təlimlərdə müxtəlif çaplı artilleriya qurğularından və zirehli texnikalardan istifadə edilir. Həmin ərazilərə yaxın yaşayış məntəqələrində partlayış səsləri eşidilir. Tərtər rayonunun Borsunlu kənd sakinləri APA-nın əməkdaşına partlayışlar nəticəsində evlərdə titrəyişlərin olduğunu bildiriblər.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri bir neçə gün əvvəl Ağdamın işğal altında olan ərazilərində hərbi təlimlər keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 656

Oxşar yazılar