Buşəhr AES-nə virus hücumunun üçüncü iştirakçısı tapılıb
20 aprel 2011 10:24 (UTC +04:00)

Buşəhr AES-nə virus hücumunun üçüncü iştirakçısı tapılıb

0
İran Buşəhr Atom Elektrik Stansiyasındakı (AES) kompüterlərin “Stuxnet” virusunun hücumuna məruz qalmasında günahkar saydığı üçüncü tərəfin adını açıqlayıb. Lent.az-ın verdiyi məlumata görə, İranın mülki müdafiə müşaviri Gulemreza Celali deyib ki, “Stuxnet” virusu ABŞ və İsrail tərəfindən yaradılsa da, onlara AES-ə virus hücumunu həyata keçirməkdə “Siemens” şirkəti yardım edib.

Gulemreza Celali bildirib ki, Buşəhr AES-dəki kompüterlərin nəzarət və proqram sistemi “Siemens” şirkəti tərəfindən quraşdırılıb və virus da bu sistemə yerləşərək çalışıb.

Gulemreza Celali İran hökumətini “Siemens” şirkətini məhkəməyə verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 761

Oxşar yazılar