Polisə atacağı bomba əlində partladı
19 aprel 2011 15:31 (UTC +04:00)

Polisə atacağı bomba əlində partladı

0
Lent.az-ın “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, Polis İdarəsinə yaxınlaşaraq 50 metr məsafədən partlayıcı qurğunu atmaq istəyən 22 yaşlı Mehmet Ümitin arzusu gözündə qalıb. Bomba Mehmet Ümitin əlində partlayıb. Mehmet Ümitin sağ əli biləyindən qopub, yanında olan digər terrorçu, 20 yaşlı Süleyman Bənzər isə bədəninin müxtəlif yerlərindən yaralanıb. Partlayışdan sonra olay yerinə çoxlu sayda polis gəlib. İkinci partlayış təhlükəsinə qarşı geniş təhlükəsizlik tədbirləri görən polis Mehmet Ümitin qopan əlini də axtarmağa başlayıb.


Xəstəxanaya yerləşdirilən hər iki yaralı terrorçunun vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 617

Oxşar yazılar