“Quran”ı yandırana 70 gün həbs
19 aprel 2011 11:25 (UTC +04:00)

“Quran”ı yandırana 70 gün həbs

0
Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, məhkəmə prosesi zamanı məhkəmə binasının önündə keçmiş hərbçini dəstək məqsədilə mitinq keçirilib.
Qeyd edək ki, olay bu ilin yanvarında baş verib. 32 yaşlı Endryu Rayan kitabxanadan “Quran” kitabının bir nüsxəsini götürüb və Karlayl şəhərində yoldan keçənlərin gözləri qarşısında yandırıb. Müqəddəsi kitabın yandırılmasını məktəblilər də seyr ediblər. Endryu Rayon məhkəmədə deyib ki, iki ay əvvəl Britaniya müsəlmanlarının kağızdan hazırlanmış qırmızı laləni yandırdıqlarını görüb. Qırmızı lalə müharibədə ölənlərin xatirəsinin simvolu sayılır və ona görə də “Quran”ı yandırmağa qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar