İran 33 il sonra Misirə səfir təyin etdi
19 aprel 2011 11:05 (UTC +04:00)

İran 33 il sonra Misirə səfir təyin etdi

0
Lent.az-ın “Press TV” telekanalına istinadən verdiyi məlumata görə, bu addım İran xarici işlər naziri Əli Əkbər Salehi və Misir xarici işlər naziri Nabil əl-Ərəbi arasındakı danışıqlardan sonra atılıb.


Qeydə edək ki, İranla Misir arasında münasibətlər 1978-ci ildə, Misir İsraillə Kemp-Devid sülh sazişini imzalayandan və Qahirə devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə sığınacaq təklif edəndən sonra pozulub. İki dövlət arasında münasibətlər Misirdə Hüsnü Mübarək rejiminin devrilməsindən sonra istiləşməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar