Obama, Putin və Qeytsi geyindirən iranlı dizayner vəfat etdi
18 aprel 2011 22:06 (UTC +04:00)

Obama, Putin və Qeytsi geyindirən iranlı dizayner vəfat etdi

0
Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, məşhur dizaynerin insult nəticəsində həyatını itirdiyi bildirilir.

Bican Pakzad dünyanın ən varlı və məşhur kişilərini – ABŞ prezidenti Barak Obama, ABŞ-ın sabiq prezidentləri Corc Buş, Ronald Reyqan, Hollivud ulduzları Arnold Şvartsnegger, Tom Kruz, Entoni Hopkins üçün paltarlar hazırlayıb. Bican Pakzaddan Rusiyanın baş naziri Vladimir Putin, Burney sultanı, Böyük Britaniya şahzadəsi Çarlz və “Microsoft” şirkətinin qurucusu Bill Qeyts pencəklər alıblar.

Bican Pakzad 1944-cü ildə Tehranda anadan olub, 1973-cü ildə ABŞ-a köçüb, Los-Ancelsdə məskunlaşıb. Dizaynerin Malib. Nyu-York, Milan və Florensiyada xüsusi iqamətgahları olub. O, dünyada məşhur olsa da, İrana gəlişi qadağan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 898

Oxşar yazılar