Burkina-Fasoda hərbçilərin qiyamı dördüncü şəhəri də əhatə etdi
0
0
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu Şimali Afrika dövlətində Kaya şəhərində qiyam edən əsgərlərə hərbi polis də qoşulub və onlar birlikdə şəhərin küçələrinə çıxıblar.
Kaya şəhərində atışma gedir, kütlə polk komandirinin və hərbi dairə komandirinin evini yandırıb.
Qeyd edək ki, bundan əvvəl hərbçilərin qiyamı paytaxt Uaqadudu, o cümlədən Po və Tenkodoqo şəhərlərində olub. Əsgərlər ərzaq yardımlarının həcmindən və kirayə qiymətlərindən narazıdırlar. Əsgərlərə mülki insanlar da qoşulurlar. Mülki şəxslər hakimiyyəti ölkədə qayda-qanun yarada bilməməkdə günahlandırırlar.
Bazar günü Burkina-Fasonun yeni hökuməti qanunsuz silahdan istifadə edənlərə qarşı qanunun bütün gücünün tətbiq ediləcəyini bəyan edib. Bundan əvvəlki hökumət və Silahlı Qüvvələrin Baş Qərargah rəisi istefaya göndərilib, yeni Baş Qərargah rəisi təyin edilib. Ancaq yeni hökumət və yeni Baş Qərargah rəisi də hələ vəziyyətə nəzarəti ələ almağı bacarmır.