Fransadan ermənilərə bəd xəbər
18 aprel 2011 18:15 (UTC +04:00)

Fransadan ermənilərə bəd xəbər

0
Fransada qondarma “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanun layihəsi Fransız Senatının Konstitusiya Komissiyasında rədd edilib. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, mayın 4-də Senatda müzakirəyə çıxarılacaq qanun layihəsini Konstitusiya Komissiyası qanunverici orqanın tarix yazmasına gərək olmadığı, Fransa Konstitusiyasına və ifadə azadlığına zidd olduğu arqumentləri ilə rədd edib.

Konstitusiya Komissiyasının qərarında qeyd olunur ki, bu layihə qəbul olunarsa, Türkiyə-Fransa münasibətlərinə də ciddi ziyan vurar. Konstitusiya Komissiyası Senatı qanun layihəsini qəbul etməməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 643

Oxşar yazılar