Dünyanın ən varlı insanı 1 milyard dollar cərimələndi
18 aprel 2011 19:39 (UTC +04:00)

Dünyanın ən varlı insanı 1 milyard dollar cərimələndi

0
Lent.az-ın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, Meksika Federal Komissiyası ölkənin ən böyük telekommunikasiya şirkəti olan “America Movil” və onun törəmə müəssisəsi olan “Raliomovil Dipsa” (Telcel) şirkətini azad rəqabət pozmaqda, qanunsuz fəaliyyətdə günahlandırıb.

“Telcel” rouminq və gələn zənglərə görə taarifləri yüksəltməkdə günahlandırılıb. Şirkət rəhbərliyi cərimələnməsi ilə razılaşmır və məhkəməyə üz tutmağa hazırlaşır.

Qeyd edək ki, “America Movil” Meksikada mobil rabitə sektorunun 70 faizinə nəzarət edir. Meksikalıların 90 faizi “Telcel”-in müştəriləridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1368

Oxşar yazılar