Məşhur universitetlərinin reytinq cədvəlində dəyişiklik
18 aprel 2011 17:16 (UTC +04:00)

Məşhur universitetlərinin reytinq cədvəlində dəyişiklik

0
Böyük Britaniyanın dünyada da məşhur olan universitetlərinin yeni reytinq cədvəli açıqlanıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, 116 universitet arasında ilk yerə titullu Oksford Universitetini arxada qoyan Kembric Universiteti layiq görülüb.

Beləliklə, son on ildə Kembric Universiteti ikinci dəfə Oksford Universitetini reytinq siyahısında qabaqlayıb. Kembric Universiteti bu uğura ilk dəfə 2007-ci ildə imza atıb. Reytinq müəyyənləşdirilərkən universitetlərdə aparılan araşdırma proqramları, tələbələrinə təhsil səviyyəsinə münasibətləri, diplomların qiymətləndirilməsi, iş tapmaq perspektivi və digər kateqoriyalar nəzərə alınıb.

İlk üçlüyü London İmperiya Kolleci qapayır. Dördüncü və beşinci yerlərdə uyğun olaraq London İqtisadiyyat Məktəbi və Darem Universiteti qərarlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1280

Oxşar yazılar