Molla Abdullanın öldürüldüyü təsdiqləndi
0
0
Tacikistan Daxili İşlər Nazirliyinin Baş Qərargahının rəisi Tohir Normatov Birləşmiş Tacik Müxalifətinin keçmiş səhra komandiri, Molla Abdulla kimi məşhur olan Abdulla Rəhimovun öldürüldüyünü təsdiq edib. Lent.az-ın Tacikistan mətbuatına istinadən verdiyi məlumata görə, Tacikistan Dövlət Televiziyası şənbə günü Molla Abdullanın cəsədini nümayiş etdirib.
Molla Abdulla 3 gün davam edən xüsusi əməliyyat nəticəsində öldürülüb. Əməliyyat aprelin 14-də paytaxt Düşənbədən 135 kilometr şərqdə yerləşən Nurabad rayonunun Samsolik kəndində başlayıb. Silahlılar burada xüsusi düşərgəyə sığınıblar. Əməliyyat zamanı aviasiyadan və ağır texnikadan istifadə olunub.
Aprelin 15-də 15 silahlı öldürülüb, növbəti gün əməliyyat başa çatıb. Öldürülənlər arasında Molla Abdulla da olub. Əməliyyata könüllü yardım edən 2 yerli sakin də həyatını itirib, 2 milis əməkdaşı isə yaralanıb.