Tornado qurbanlarının sayı 44 nəfərə çatdı
18 aprel 2011 11:49 (UTC +04:00)

Tornado qurbanlarının sayı 44 nəfərə çatdı

0
ABŞ-da tornado qurbanlarının sayı 44 nəfərə çatıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, tornado bazar günü Şimali Karolina, Cənubi Karolina, Arkanzas, Oklahoma, Missisipi, Luiziana, Corciya ştatlarını vurub və bu ştatlarda fövqəladə vəziyyət elan olunub.

Tornadonun dağıdıcı təsirinə Şimali Karolina ştatı daha çox məruz qalıb. Bu ştatda 22 nəfər həyatını itirib. Ölənlər arasında uşaqlar da var. Ölənlərin cəsədlərinin axtarışı davam edir.

Tornado Cənubi Karolinada kilsəni də uçurub. Kilsəyə sığınan 6 nəfər xəsarət almayıb.

Bu arada sinoptiklər tornadonun Kolumbiya Dairəsinə doğru hərəkət etdiyini açıqlayıblar. Kolumbiya Dairəsindəki şəhərlərdə də artıq fövqəladə vəziyyət elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 665

Oxşar yazılar