Suriyada qanlı bazar
0
0
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ölkənin ikinci böyük şəhəri Hələb, Suveyda və Humus şəhərlərində aksiyaçılar yenə küçələrə çıxıb, “Xalq azadlıq istəyir!” şüarı səsləndiriblər.
Polis Humus şəhərində aksiyaçılara atəş açıb. 3 aksiyaçı və 1 polis həyatını itirib, 15 nəfər yaralanıb. Silahlı qrupların Humus şəhərində əsas yolları barrikada quraraq bağladıqları, şəhərin kənarında təhlükəsizlik qüvvələri ilə silahlılar arasında döyüşlərin getdiyi bildirilir. Suriya Dövlət Televiziyası isə şəhərdə narkotik vasitə qaçaqmalçılığı ilə məşğul olan bir silahlı dəstənin ləğv edilməsi əməliyyatı keçirildiyi, bir silahlının yaralı ələ keçirildiyi və onun Liviya əsilli olduğu barədə məlumat yayıb.
Dünən axşam saatlarında Lazkiye, Dera, Dəməşq şəhərlərində də aksiyalar keçirilib. Lazkiyedə atəş səsləri eşidilib. Suriyada 1 aydır ki, davam edən aksiyalar zamanı 200-dən çox insan həyatını itirib.