Telman İsmayılov qiymətləri ucuzlaşdırdı
17 aprel 2011 14:55 (UTC +04:00)

Telman İsmayılov qiymətləri ucuzlaşdırdı

0
Lent.az-ın “Doğan” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, mehmanxanadakı ən ucuz otağın bir günlük qiyməti 485 avrodan, 300 dollara endirilib. Həmçinin müştərilərə səhər yeməyi və qəlyanaltı pulsuz təklif olunacaq. Bundan başqa, 4 nəfərlik villaların gündəlik qiyməti 1500 avroyadək azaldılıb.

Qeyd edək ki, “Mardan Palace” dünyadakı ən lüks otellərdən sayılır. Telman İsmayılov bu otelin tikilməsi və hazır vəziyyətə gətirilməsi üçün 1,3 milyard dollar xərclənib. Lakin qiymətlər çox baha olduğundan 2010-cu ildə otel otaqlarının yalnız 28 faizi dolub. Gəlirin xərci ödəmədiyini görən otel rəhbərliyi yeni mövsüm başlar-başlamaz qiymətləri ucuzlaşdırmaq qərarına gəlib.

Bir müddət əvvəl isə mehmanxananın iflasa uğraması və bağlanacağı ilə bağlı xəbərlər yayılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1454

Oxşar yazılar